Məzunlara attestatlar verilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə IX və XI sinfi bitirən məzunlara attestatlar verilir. 

Attestatlarda illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda isə şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 34 874, XI siniflərini 20 024, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 146 nəfər bitirib.

Qeyd edək ki, attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi