"Ölkəmizi tanıyaq, tanıdaq" maarifləndirici tur-aksiyanın II mərhələsi başlandı.

24.03.2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə keçirilən, gənc nəslin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə, onların milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə edilməsinə xidmət edən "Ölkəmizi tanıyaq, tanıdaq" maarifləndirici tur - aksiyanın II mərhələsi başlandı.Tur-aksiyanın iştirakçıları olan Binəqədi məktəbliləri Binəqədi rayonu İcra Hakimiyyətinin,YAP-ın məsul şəxsləri tərəfindən təntənəli surətdə qədim Azərbaycan torpağı Naxçıvana yola salındı. Bu münasibətlə Heydər Əliyev adına İstirahət parkında iştirakçılara unudulmaz anlar yaşadan möhtəşəm tədbir keçirildi.Tədbirdə məktəb direktorları,valideynlər və şagirdlər də iştirak edirdilər.Naxçıvan MR-na yola düşən məktəblilər arasında M.X,Axundzadə adına 102 nömrəli tam orta məktəbin şagirdləri Arzu və Mədinə də var idi."Ölkəmizi tanıyaq" layihəsində iştirak edən məktəblilər onlara göstərilən qayğıdan məmnun olduqlarını,böyük qürur hissi keçirdiklərini bildirdilər.