Binəqədi rayonu Heydər Əliyev adına parkda Novruz şənliyi

18.03.2016-cı il tarixdə Binəqədi rayonu İcra Hakimiyyəti Binəqədi məktəblərinin,digər idarə,müəssisə və təşkilatların iştirakı ilə Heydər Əliyev adına parkda möhtəşəm Novruz şənliyi keçirdi.Şənlikdə M.X.Axundzadə adına 102 №-li tam orta məktəbin şagirdləri və pedaqoji heyəti də iştirak edirdi.Məktəbimiz üçün ayrılmış guşə bayram xonçaları,səmənilər,xalqımızın tarıxiini əks etdirən qədimi əşyalarla bəzədilmişdi.Milli geyimli şagirdlərimiz baharın gəlişi ilə bağlı şeirlər söylədilər,mahnılar oxuyaraq yallı getdilər.Arzuladılar ki,gələn Novruzu qədim Azərbaycan torpağının bir parçası olan Qarabağda qarşılayaq,qarçiçəyini,novruzgülünü,xarıbülbülü Şuşanın dağlarından dərək.Qoy işğal altında olan torpaqlarımızda azadlıq günəşi parlasın,ölkəmizdə sülh,əmin-amanlıq olsun,ruzimiz bol,işimiz avand olsun.