"Bahar nə xoş gəlir,ruha dad verir".

Elimizə, obamıza bahar gəlir, gəlişi ilə könüllərə sevinc,ocaqlara xeyir-bərəkət gətirir.Hər yerdə yazın isti nəfəsi duyulmaqdadır.Ana təbiət canlanır.Xalqımız Novruz bayramını qeyd edir.17.03.2016-cı il tarixində Binəqədi rayonu M.X.Axundzadə adına 102 nömrəli tam orta məktəbdə də Novruz şənliyi keçirildi.Milli geyimli uşaqlar Novruz adət -ənənələrindən,çərşənbələrdən söhbət açaraq şeirlər söylədilər, həm milli, həm də ölkəmizdə yaşayan digər xalqların rəqslərini nümayiş etdirdilər."Zorxana"da güclərini sınadılar," Dirədöymə" oynadılar, səhnəciklər göstərdilər.Novruzun atributları olan Keçəl,Kosa şənliyi daha da canlandırdı.Bahar qızı xalqımıza sülh əmin-amanlıq,firavan yaşayış arzuladı.2-ci"q"sinif şagirdləri öz maraqlı çıxışları ilə müəllimlərə, şagirdlərə,valideynlərə unudulmaz anlar yaşatdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi