"Kiçik Akademiya" fəaliyyətə başladı

Binəqədi rayonu M.X.Axundzadə adına 102 №-li tam orta məktəbdə elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri birləşdirən "Kiçik Akademiya"nın yaradılması istiqamətində aparılan hazırlıq işləri başa çatdı."Kiçik Akademiya"nın yaradılması haqqında Əsasnamə icra və rəhbərlik üçün qəbul edilərək məktəbdaxili 23.11.2015-ci il tarixli 148-№-li əmrlə yaradıcıllıq və tədqiqat işlərinə maraq göstərən istedadlı şagirdlərin könüllü birliyi- KA yaradıldı.Akademiyanın simvolu qəbul edildi. MKA-nın hümanitar, təbiət, fizika, riyaziyyat bölmələri təşkil edilərək fəaliyyətə başladı.