Xocalı soyqırımının 24-cü ildönümü qeyd edildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Xocalı soyqırımının iyirmi dördüncü ildönümünün qeyd edilməsi barədə "15 fevral 2016-cı il tarixli,78 №-li əmri ilə təsdiq olunmuş Tədbirlər Planına əsasən Binəqədi rayonu M.X.Axundzadə adına 102 №-li tam orta məktəbdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilmişdir.26 fevral2016-cı il tarixində məktəb üzrə ilk dərslər XX əsrin ən dəhşətli faciəsi- Xocalı soyqırımının 24 cü ildönümünə həsr olunmuşdur."Xocalı soyqırımı erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi kimi","Xocalı soyqırımı" dünya mətbuatında","Xocalı soyqırımını tanıyan ölkələr","Xocalı soyqırımında iştirak edən qüvvələr","Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında "Xocalıya ədalət kampaniyasının təsisçisi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyəti","Faciə nəticəsində yaralanan,öldürülən,itkin düşən,girov götürülənlərin statistikası"mövzularında söhbətlər aparılmış,faciəni əks etdirən sənədli fraqmentlər və filmlər nümayiş etdirilmişdir.Şagirdlərin rəsmlərindən ibarət sərgilər və foto-stendlər təşkil edilmiş,şagirdlər tərəfindən hazırlanan slaydlara baxilmış,divar qəzetləri və referatlar buraxılmışdır."Xocalıya ədalət" toplantısı keçirilmişdir.Müəllim və şagird kollektivinin Xocalı faciəsinə həsr edilmiş "Ana fəryadı"abidəsinə ziyarəti təşkil edilmişdir."Azərbaycan tarixinin qanla yazılmış səhifəsi""Xocalı qəhrəmanları" mövzusunda keçirilən tədbirlərdə şagirdlərə vətənin müdafiəsinə hazır olmaq, qəhrəmanlıq, əyilməzlik ,düşmənə qarşı barışmazlıq və nifrət hisləri aşılanmışdır.Tədbirlərdə valideynlərin iştirakı təmin edilmişdir.