"Biologiya "aylığı keçirildi

Binəqədi rayonu M.X.Axundzadə adına 102 №-li tam orta məktəbdə 2016-cı ilin yanvar ayında "Biologiya" fənn aylığı keçirildi.Fənn aylığı ərzində müəllimlərin açıq dərsləri dinlənildi,divar qəzetləri ,bülletenlər buraxıldı .Biologiya müəllimi Mehdiyeva Lyudmila Mehdi qızı 6d sinif şagirdlərinin iştirakı ilə"Ev bitkilərinə səyahət" mövzusunda tədbir hazırladı.Tədbirdə çıxış edən şagirdlər ev bitkilərinin faydalı və müalicəvi xüsusiyyətlərindən danışaraq bilik və bacarıqlarını nümayiş etdirdilər. Doğma torpağa, ana təbiətə diqqət və qayğının artırılmasının,ekologiyanın və ətraf mühitin təmiz saxlanmasının vacibliyini qeyd etdilər.