Tarixi günlər və bayramlar qeyd edildi.Tarix aylığı keçirildi.

Binəqədi rayonu M,X,Axundzadə adına 102№-li tam orta məktəbdə I Yarımil ərzində tarixi günlərə və bayramlara həsr olunmuş tədbirlər keçirilmişdir.Milli müstəqillik, 9 Noyabr Dövlət Bayrağı günü , Konstitusiyamızın 20 illiyi ,Milli Dirçəliş günü,31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə keçirilən tədbirlərdə şagirdlərə torpağa bağlılıq,Vətənə,xalqa məhəbbət hisləri aşılanmışdır.2015-ci ilin noyabr-dekabr aylarında "Tarix"fənn aylığı keçirilmişdir. Aylıq ərzində müasir təlim texnlogiyalarına əsaslanan açıq dərslər verilmiş,divar qəzetləri buraxılmış,şagirdlərin tarixi yerlərə gəzintisi təşkil edilmiş,"Dəyirmi masa"keçirilmişdir.