Ölkəmizin hər bucağı gözəldir

Gəzdim bütün dünyanı mən,Yoxdur səndən, ey Vətən! “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində ölkəmizin cənub bölgəsinə səyahət edən Binəqədi məktəbliləri 15 noyabr 2016-cı il tarixində geri döndülər. Səfərdən uğurla qayıdan məktəblilər cənub bölgəsindəki təəssüratlarını, Nə? Harada? Nə zaman? intellektual oyununda ll yeri tutaraq kubok və Fəxri Fərmanla təltif edildiklərini həvəslə öz məktəb yoldaşları ilə bölüşdülər. Məktəbimizi təmsil edən Məmmədli Məhəmməd Teyyub oğlu səfər zamanı çəkdiyi foto və video görüntülərdən ibarət qısa təqdimatlar edərək şagirdlərimizə gəzdikləri məkanlardan, tarixi yerlərdən,gördükləri gözəl mənzərələrdən ürəkdolusu danışdı.