ASAN Talk Layihəsi - könüllü tələbələrin şagirdlərlə görüşü

ASAN Talk layihəsi çərçivəsində könüllü tələbələrlə 22 noyabr 2016-cı il tarixində Binəqədi rayonu 102 nömrəli tam orta məktəbin 8 və 9-cu sinif şagirdlərinin görüşü keçirildi. Layihənin məqsədi universitetdə təhsil alan könüllü tələbələrin məktəblərdə təhsil alan şagirdlərə tələbə həyatı haqqında maraqlı və dolğun mövzulara toxunaraq onların yaxşı çalışıb yüksək balla universitetə qəbul olmalarına stimul yaratmaq, həm də ixtisas seçimini düzgün edərək gələcəkdə qurulacaq karyerasına yararlı bir addım atmaq üçün ixtisasları haqqında lazımı məlumatlar veriməkdir.Görüşdə Əsmər Həşimli (Tərcümə), Türkan Şahvələdli (marketinq və ekspertiza) və Rüfət Quliyev (Mexanika mühəndisliyi) öz sahələri, ixtisasları haqqında danışaraq, şagirdlərin suallarını cavablandırıblar.