Ceyhun Hacıbəyli -125

14 noyabr 2016-cı il tarixində məktəbimizdə Ceyhun Hacıbəylinin 125 illik yubileyinə həsr olunmuş “Ceyhun Hacıbəyli haqqında bilmədikləimiz ”mövzusunda “Dəyirmi masa” keçirildi. “Ceyhun Hacıbəylinin bədii yaradıcılığı”, “Ceyhun Hacıbəyli və Qarabağ folkloru”, “Ceyhun Hacıbəylinin siyasi fəaliyyəti” mövzusunda IX sinif şagirdlərinin araşdırmaları dinlənildi. Şagirdlər dövrünün təəssübkeş, vətənpərvər ziyalılarından olan Ceyhun Hacıbəylinin bədii yaradıcılığı, mühacirat həyatı, Azərbaycan mətbuatında mövqeyi ,eyni zamanda müasir gənclərə örnək olan həyat yolundan maraqlı faktlar danışdılar. Mövzu ətrafında diskussiyalar aparıldı, maraqlı fikir və mülahizələr söylənildi. Sonda C.Hacıbəyliyə həsr olunmuş ”Durun gedək evimizə…” filminin nümayişi oldu.