17 Noyabr-Milli Dirçəliş Günüdür

Bakı şəhəri M.X.Axundzadə adına 102N-li tam orta məktəbdə 2016-2017-ci tədris ilinin noyabr ayında nəzərdə tutulmuş fəaliyyət planına uyğun olaraq Milli Dirçəliş gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir V-X sinif şagirdlərinin iştirakı ilə hazırlanmışdır. Şagirdlər Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan danışmış, XX əsrin xalqımızın tarixində dövlətçilik , müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını qeyd edərək hazırladıqları slaydları nümayiş etdirmişlər.