"Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Binəqədi məktəbliləri cənub bölgəsinə yola salındılar

12.11.2016-cı il tarixində Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü ilə əlaqədar “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Binəqədi məktəblilərinin Cənub bölgəsinə yolasalınma mərasimi keçirildi. Yolasalınma mərasimində Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Milli qəhrəman Bəxtiyar Allahverdiyev, məktəb direktorları, valideynlər ,məktəblilər, ASAN Könüllüləri və YAP Gənclər Birliyinin fəalları iştirak edirdilər.Masallı,Lənkəran,Astara rayonlarına səyahət edən məktəblilər arasında məktəbimizin 10-cu"a"sinif şagirdi Məmmədli Məhəmməd də var idi.