Müstəqilliyimizin 25 illiyinə həsr olunmuş insa yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

21 oktyabr 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman İdarəsi və Gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Gənclərin Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüşlərinin təşkili” layihəsi və “18 Oktyabr-Dövlət Müstəqilliyi günü” münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda keçirilmiş inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırması mərasimi keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri İlham Qayıbzadə, gənclərin “Tənhalara Dayaq” İctimai Birliyinin sədri Xoşbəxt Seidova, rayon orta ümumtəhsil məktəblərinin direktor müavinləri və məktəblilər iştirak etdilər. İnşa yazı müsabiqəsinin qalibləri Fəxri Fərmanlarla mükafatlandırıldılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi