"Azərbaycan təhsili müstəqillik illərində" adlı təhsil konfransı keçirildi

08.09.2016-cı il tarixində Binəqədi rayon İcra Hakimiyyətində "Azərbaycan təhsili müstəqillik illərində" adlı təhsil konfransı keçirildi. Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün xanım Əliyevanın geniş və məzmunlu məruzəsində son 20 ildə təhsildə qazanılan uğurlu nəticələrə, qarşıda duran məsələlərə toxunuldu. Məruzənin slaydlarındakı qrafiklərdən də Binəqədi rayonunun təhsil göstəricilərinin ilbəil artdığı aydın hiss olunurdu. Sonra Milli Məclisin deputatı Gövhər Baxşəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım Vəliyeva, AMEA Rəyasət Heyəti Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov çıxış edərək Azərbaycan təhsilində və elmində aparılan köklü islahatlardan və qazanılan uğurlardan danışdılar. Ən sonda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı cənab Xaləddin İsgəndərov çıxış etdi.O,qonaqlara hörmət və ehtiramını bildirərək əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən təhsil strategiyasından danışdı.Sonda Binəqədi rayonu üzrə tam orta məktəblərin məzunu olmuş 600 baldan yuxarı nəticə göstərən tələbələr mükafatlandırıldı.102 №-li məktəbin 3 nəfər məzunu - Aslanlı Röyya Aslan qızı( 660 bal Tibb Universiteti, müalicə işi) ,Meftaxetdinova Cəmilə Rəşid qızı ( 656 bal Azərbaycan Dövlət Neft və Sənaye Universiteti -sistem mühəndisliyi ),Pirməmmədov Hikmət Tərlan oğlu da ( 644 bal Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ,kompüter elmləri) mükafat alanların sırasında idi. Konfrans bədii hissə ilə yekunlaşdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi