Binəqədi rayonu 102 №li tam orta məktəb rayonda keçirilən"Qarabağ həftəsi"ndə III yeri tutaraq kubokun sahibi oldu.

Bİnəqədi rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə Binəqədi məktəbləri arasında keçirilən "Qarabağ həftəsi" layihəsinə yekun vuruldu. 24.06.2016-cı il tarixində "26 iyun Silahlı Qüvvələr günü" münasibətilə "Qarabağ dastanı" adlı möhtəşəm tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Dövlət orqanlarının,Milli Məclisin deputatları, Binəqədi rayonunun rəhbər orqanlarının başçıları iştirak edirdi. Tədbirdə layihədə qalib gələn məktəblər mükafatlandırıldı. Qaliblər sırasında bizim məktəb də var idi.Məktəbimizin direktoru M.H,İsmayılovaya kubok və gül buketi təqdim edildi.Təbrik edirik.Uğurlarımız davamlı olsun!