Binəqədi rayonu 102 №li məktəbin 1975-1976-cı tədris ilinin məzunları 40 ildən sonra məktəbdə görüşdülər.

Binəqədi rayonu 102 №-li məktəbin 1975-1976-cı tədris ilinin məzunları 40 ildən sonra məktəbdə görüşdülər.20 nəfər məzun gəlmişdi görüşə.40 illik ayrılıqdan sonra ilk dəfə idi yığışırdılar bir yerə,kamil vətəndaş kimi dönmüşdülər doğma məktəblərinə.Sanki geridə qalan o illərə hesabat verirdilər.Cəmilənin səsi çox uzaqlardan gəlirdi: "Ədalət,yadındadır nazir olmaq istəyirdin?"Ədalət isə olimpiadalarda,müsabiqələrdə həvəslə iştirak etməsindən,məktəbin əlaçı və nümunəvi şagirdi olmasından ürəkdolusu danışırdı.Məktəbdə bir canlanma var idi.Ötən günlərin xatirəsi sinif otaqlarının divalrarını da titrədirdi.Sevimli müəllimlərini görmək, qazandıqları nailiyyətləri,əldə etdikləri uğurları bölüşmək istəyirdilər.Aralarında həkim də var idi,mühəndis də,müəllim də var idi,iqtisadçı da,sürücü də var idi,evdar qadın da.Ədalətin uğurları isə daha çox idi.Azərbaycan Respublikası Mədəniyyət vəTurizm Nazirinin müavini vəzifəsinə kimi yüksəlmişdir.1993-cü ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirinin,2006-ci ildən Mədəniyyət və Turizm Nazirinin müavinidir. Azərbaycan Yazıçılar Birliyinin, Respublika Teatr Xadimləri İttifaqı İdarə Heyətinin, Azərbaycan Rəssamlar İttifaqının, Respublika Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Rəyasət Heyətinin, Mədəniyyət Fondunun, İlyas Əfəndiyev Fondunun, «Mədəniyyət» qəzetinin, «Mədəni-maarif» jurnalının redaksiya heyətinin üzvüdür. «Çağdaş Azərbaycan teatrının təşkilatlanma problemləri» mövzusunda dissertasiya müdafiə edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur,dosentdir. «Odlar Yurdu» Universitetinin fəxri professorudur. 2003-cü ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» adlı monoqrafiyası nəşr olunub. 2005-ci ildə «Elm» nəşriyyatında «Teatr sənətimiz: dünən, bu gün, sabah...» adlı kitabı nəşr olunub. 2005-ci ildə Azərbaycan mədəniyyəti qarşısındakı xidmətlərinə görə «Qızıl dərviş» və 2005-ci və 2011-ci illərdə Müstəqil Milli-İctimai Beynəlxalq «Humay» mükafatına layiq görülmüşdür. 2006-cı ildə "Azərbaycanda milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri" kitabına görə Avropa nəşr və Mətbuat Evi tərəfindən "2006-cı ilin Ən Yaxşı tədqiqatçı alimi" adına layiq görülüb 2007-ci ildə «Elm» nəşriyyatında «Azərbaycan milli teatr prosesinin çağdaş təşkilatlanma problemləri» və «Teatr sənətimiz: dünən, bu gün, sabah...» kitabları haqqında ölkənin aparıcı mətbuat orqanlarında dərc edilmiş rəylər və məqalələr toplusu «Yeni təməl» adı altında nəşr olunmuşdur. 2008-ci ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi verilmişdir. 2008-ci ildə Almaniya və Azərbaycan arasında mədəniyyət və dostluq əlaqələrinin inkişafında göstərdiyi xidmətlərinə görə Alman-Azərbaycan Cəmiyyəti tərəfindən "Dostluq" medalı ilə təltif olunub. 2009-cu ildə "Qızıl Qələm" mükafatına layiq görülüb və Maarifçilik sahəsində görkəmli xidmətlərinə görə "Bilik, Maariflik, Mədəniyyət və İnformasiya Mərkəzinin qərarına əsasən Abbasqulu Ağa Bakıxanov adına fəxri diplomla təltif olunub. 2009-cu ildə "Əqidə, Ruh və Teatr" (XX əsrin II yarısında Azərbaycan mədəniyyətində milli teatr konsepsiyalarının sosial-fəlsəfi və siyasi-ideoloji paradiqması) adlı monoqrafiyası nəşr olunub. 2011-ci ildə Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin Fəxri Fərmanına layiq görülüb.Məktəb divarları arasında isə hamısı məzun idi.102 №-li məktəbin ilk məzunları...