C.Məmmədquluzadənin ev muzeyine ekskursiya

Azərbaycanın dahi yaçısı, dramatruq,jurnalisti,ictimai xadimi “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi!

Bu keyfiyyətlər hamısı  bir şəxsdə C.Məmmədquluzadə də birləşir. O həmçinin  Azərbaycanda  və Şərqdə qadınların və kişilərin  hüquq bərabərliyi ideologiyasının əsasını  qoymuş  ictimai xadim hesab olunur.

Bu il 1869-cu il 10 fevral tarixdə doğulan yazıçının 150 illiyi qeyd olunur. Müxtəlif tədbirlər keçirməklə yanaşı

ədibin ev muzeyi və qəbirüstü abidəsi də ziyarət edildi.

Məktəbin 7a sinif şagirdləri valideynlər,sinif rəhbəri  Günel Heydərova, məktəbin tərbiyə işləri üzrə direktor müavini Şəhanə Atakişiyeva bu gəzintidə iştirak etdilər.Əvvəlcə muzeyi gəzərək ədibin həyat və yaradıcıllığı  haqqında məlumat əldə edildi. C.Məmmədquluzadənin həyatı, onun əlyazmaları, şəxsi  əşyaları şagirdlərdə maraq doğrudu.

Daha sonra Fəxri xiyabanda Mirzə  Cəlil ruhu yad edildi. Dahi mütəfəkkir hər zaman ürəklərdə yaşayacaq! Onun qələminin bəhrəsi olan əsərləri dami yolumuzu işıqlandıracaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi