Daima dalğalan şanlı bayrağım!

Bayrağımız qürur mənbəyimizdir Ulu Öndər bayrağımız haqqda demişdir: - “ Azərbaycan bayrağı sadəcə bayraq deyil. O,bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”.
Bayrağımız and yerimizdir. Xalqımızın qəhrəmanlıq tarixindən gələn bu ənənə keçmişimizdə olduğu kimi bu gün də hər bir vətəndaşın üzərinə ciddi mənəvi məsuliyyət qoyur. Ölkəmizdə bayrağa yüksək qiymət verilir.Ölkə başçısının 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı günü kimi qeyd olunur.