100 saylı tam orta məktəbdə "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu" mövzusunda tədbir

17.03.2016 ci il tarixində Binəqədi rayonu N.Fərəczadə adına 100 saylı tam orta məktəbdə "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu" mövzusunda tədbir keçirilmişdir.Tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin böyük məsləhətçisi Mirzəyev Allahverdi, Binəqədi rayonu İcra Hakimiyyətinin İctimai və Humanitar işlər üzrə şöbə müdiri Elman Dadaşov, Binəqədi rayon YAP aparatının rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, 99 N-li tam orta məktəbin direktoru Ofelya Məmmədova, Bakı şəhər üzrə Təhsil İdarəsinin metodik mərkəzinin məsul işçiləri Sitarə Məmmədova, Vəzifə Məmmədova, Sədaqət Musayeva, Sevinc Amanova, Qəmərli Faiq, F.Köçərli adına kütləvi şəhər kitabxanasının nümayəndələri iştirak etmişdir.Tədbiri məktəbin direktoru Gülnarə Məmmədova açdı. O, öz çıxışında Mehriban xanımın Azərbaycanın milli-mədəni irsinin qorunmasında və beynəlxalq səviyyədə tanınmasında rolu haqqında qısa məlumat verdi. Sonra söz məktəbin əməkdar müəllimi İradə Tofiq qızı Əliyevaya verildi. O, Mehriban xanım Əliyevanın iş fəaliyyəti haqqında təqdimatla çıxış etdi. Tədbirin ikinci hissəsi məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Kompozisiya Azərbaycan qadını onun zəkası, müdrikliyi, bəşər tarixində özunəməxsus iz salması, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakının qeyd olunması ilə başlandı. Bu işlərin layiqli davamçısı Mehriban xanım Əliyevanın fəaliyyəti geniş şəkildə qeyd olundu. Azərbaycan Dövlətçiliyi tarixində ilk dəfə olaraq “Birinci Xanım” statusunu alan Mehriban Əliyevanın mədəniyyət, incəsənət, idman, multikulturalizim sahəsində gördüyü işlər barədə ətraflı məlumat verildi. "Gənc Heydərçilər"in çıxışı xüsusi maraqla qarşılandı.Eyni zamanda Yeni Azərbaycan Partiyasına üzv olan işçilərə Sevinc Abdullayeva tərəfindən üzvlük vəsiqəsi təqdim olundu.Tədbir Elman Dadaşovun çıxışı ilə tamamlandı.