Nəsimi ili

Nəsimi insanların qəlbini onların iç dünyasını ilahi ustalıqla özünəməxsus zəngin söz yaradıcılığı ilə tərənnüm edən müəllimdir ,ustaddır. Şeirlərini təhlil edərkən onun bütün yaradıcılığı boyu gələcək nəsillərə verdiyi tövhələr göz önündə dayanır. Nəsiminin insanlıq, kamil şəxsiyyət haqqında təsəvvürləri olduqca yüksəkdir.
Böyük filosof şair İmaməddin Nəsimi Azərbaycan Ədəbiyyatı tarixində bədii fəlsəfi şeirin özülünü qoymuş,bədii söz sənətimizi forma və məzmunca zənginləşdirmiş söz ustadıdır.
Nəsimi yaradıcıllığının nəinki Azərbaycan ədəbi mühitinin formalaşmasına,eləcə də ümumbəşəri dəyərləri,insanın fövqəlbəşəri varlıq olmasını tərənnüm etməklə dünya ədəbiyyatına böyük təsiri olub.
Çünki, Nəsimi bütün bəşəriyyəti öz yaradıcıllığı ilə əsərində ifadə etməyi bacaran dahi şair və mütəfəkkirdir.
Azərbaycan respublikası Prezidentinin “ Böyük Azərbaycan şairi İmaməddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olunduğunu bir daha təsdi edir.Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının “ Nəsimi ili” çərçivəsində Binəqədi rayonunda yerləşən orta məktəblərinin birgə hazırladığı tədbirdə məktəbimizin şagirdləri çox uğurla çıxış etdilər və inanırıq ki, şagirdlərimiz tədbirdə uğur qazanaraq layiqli yeri tutacaqlar.