Narkomaniyaya yox deyək

 Narkomaniya gənclərin düçar ola biləcəyi ən böyük fəlakətdir! İnsanın sağlamlığını qorumaq, onu fiziki əzablardan xilas etmək mühüm, xeyirxah işdir.            

                                                                                     Ulu öndər  Heydər Əliyev

İnsan ölümü müxtəlif səbəblərdən gerçəkləşə bilər. Müharibələr, yoluxucu xəstəliklər, avtomobil qəzaları, qətl hadisələri, intihar halları, təbii fəlakətlər, bəzi ölkələrdə hökm sürən aclıq və.s. bu amillərin sırasındadır. Son çağlar sadalananların sırasına biri də əlavə olunub. Bu, ağ ölüm adlandırdığımız narkomaniyadır. Narkomaniya birbaşa intihar halı olmasa da, onun insanları tədricən məhv etdiyini, ölümə sürüklədiyi inkaredilməzdir.

Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalısanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir. Çünki narkotik maddələrdən imtina etmək üçün insan güclü iradəyə malik olmalıdır.

Məktəbdə  bu mövzuda şagirdlərlə  il boyu həm məktəb  rəhbərliyi, həm də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə mütəmadi söhbətlər aparılır xüsusi töfsiyyələr verilir. Bu gün də  “Narkomaniyaya yox deyək” devizi altında növbəti tədbir keçirildi.Tədbirdə yuxarı sinif şagirdləri,müəllim və valideynlər  iştirak etdi.Binəqədi Rayon polis idarəsinin əməkdaşları bu mövzuda şagirdlərə  ətraflı məlumat verdilər.

  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi