Nəsimi ili

Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. İl boyu Respublikamızda silsilə tədbirlər həyata keçirilir.Nəsimi irsini daha yaxından şagirdlərə öyrətmək məqsədilə məktəbimiz bir qrup üzvü Şamaxı şəhərinə səfər etdi. Səfərdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Abulova ,UBR –i Nəzakət Məmmədova ,Azərbaycan dili müəllimi Nüşabə Məmmədova və yuxarı sinif şagirdləri iştirak edirdi. Səfər Şamaxı Tarix-Diyarşünaslıq muzeyinə girişlə başladı.Şagirdlər Nəsimi irsi ilə tanış olduqdan sonra bir neçə qəzəllərdən nümunələr söylədilər. Ekskursiya XIV əsrə aid olan Şah Xanədən türbəsi ilə tanışlıqla davam etdi. 9-cu sinif şagirdi Rəvan Əsədov Nəsiminin “Sığmazam” qəzəli ilə çıxış etdi. Şagirdlər ekskursiyadan xoş təəssuratla qayıtdılar.Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. 2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. İl boyu Respublikamızda silsilə tədbirlər həyata keçirilir.Nəsimi irsini daha yaxından şagirdlərə öyrətmək məqsədilə məktəbimiz bir qrup üzvü Şamaxı şəhərinə səfər etdi. Səfərdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Təranə Abulova ,UBR –i Nəzakət Məmmədova ,Azərbaycan dili müəllimi Nüşabə Məmmədova və yuxarı sinif şagirdləri iştirak edirdi. Səfər Şamaxı Tarix-Diyarşünaslıq muzeyinə girişlə başladı.Şagirdlər Nəsimi irsi ilə tanış olduqdan sonra bir neçə qəzəllərdən nümunələr söylədilər. Ekskursiya XIV əsrə aid olan Şah Xanədən türbəsi ilə tanışlıqla davam etdi. 9-cu sinif şagirdi Rəvan Əsədov Nəsiminin “Sığmazam” qəzəli ilə çıxış etdi. Şagirdlər ekskursiyadan xoş təəssuratla qayıtdılar.