Təhsil sərgisi

Oktyabrın 10-dan 12-dək Bakı Ekspo Mərkəzində 13-cü Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirilir. Sərgiyə dünyanın 22 ölkəsindən 150-dək iştirakçı qatılmışdır. Təhsil sərgisi ölkədə və regionda təhsil sahəsinə həsr olunan və aparıcı yerli və xarici ali təhsil müəssisələrini, təhsil mərkəzlərini, dil kurslarını, eləcə də xaricdə təhsil üzrə məsləhətçi şirkətlərini bir araya gətirən irimiqyaslı beynəlxalq tədbirdir. Məktəbin 10-11ci sinif şagirdləri də böyük maraq  göstərərək  bu sərgiyə qoşuldular. Məktəb rəhbərliyinin dəstəyi ilə təşkil olunmuş ekskursiyada  həm Azərbaycan həm də rus bölməsinin yuxari sinif şagirdləri iştirak etdi.Onlar gələcəkdə harda və hansı sahələr üzrə təhsil ala biləcəkləri haqda məlumat topladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi