Ahıllar günü

Uşaqlıqdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda qocalara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar şəxslərə kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar. Oktyabrın ilk təqvim günü bunun üçün çox yaxşı fürsətdir.1oktyabr –"Ahıllar günüdür."
Nəcib əməlləri ilə tanınan, ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni nəsillərə nümunə olan ahıllar, həqiqətən, hörmət və ehtirama layiqdirlər. Əzəl başdan türkün süfrəsində ağsaqqal, ağbirçək xeyir duası olub. Onların həyat təcrübəsindən, müdrik kəlamlarından bəhrələnən nəsillər sevgi, mərhəmət hissi ilə əhatə olunublar. Bu gün ağsaqqal, ağbirçək məsləhətinə böyük hörmət və ehtiramla yanaşılır. Uca Rəbbimiz bəşər övladına nazil etdiyi kitabda valideynlərə hörmət tələb edir, insan övladına Allah yanında bunun əvəzini görəcəyini xəbər verir. Əziz Peyğəmbərimiz Həzrət Məhəmməd salavatullah “Cənnət anaların ayağı altındadır” hədisi də hər kəsə məlumdur. Başqa bir hədisdə isə sevgili peyğəmbərimiz “Valideynə itaətsizlik - böyük günahlardandır deyə bildirir. Çünki Allah-təala itaət etməyən övladı üsyankar və bədbəxt etmişdir” söyləyib.Bu gün münasibətilə məktəbimizdə ibtidai siniflərin iştirakı ilə böyük tədbir keçirildi.Uşaqlar hazırladıqları şer,mahnı , rəqs nömrələri ilə nənə-babalarını təbrik etdilər.Sonda agsaqqallar şurasının üzvü çıxış edərək uşaqlara, tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirdi.
Bu gün əsaya söykənə-söykənə küçədə gedən, parkda əyləşib öz həmyaşıdları ilə ömrün gündoğanında qalan mürgülü xatirələri təzədən çözələyən, nuru azalmış gözləri ilə dünyamıza tamaşa edən ahılların bayramıdır. Həm də onlara yardım göstərmək, əl uzatmaq, insan hənirinə, övlad nəfəsinə qəribsəyən qapılarını döymək, ot basmış cığırlarla yaşadıqları ünvana üz tutmaq, könülləri sevindirmək, ürəklərinə ümid işığı səpmək, təsəlli vermək üçün yaxşı fürsət deyilmi?
Həm də təkcə bu gün yox...