Uğrunda ölən varsa vətəndir…

Hər bir insanın qəlb evində ana kimi müqəddəs, ülvi və şirin bir hiss yaşayır. Bu, vətənə olan sevgi hissi, doğma torpağa olan məhəbbət duyğusudur. Mən mübaliğəyə varmadan deyərdim ki, insanın qəlbinə hakim kəsilən, özündən asılı olmadan yaranan bir ümmandır Vətən eşqi, Vətən sevgisi. Bəli, hər bir kəs dünyaya gözünü açdığı ilk anda onu həyata gətirən qadın ananı görürsə, ilk qədəmlərini Vətən torpağında atır və atdıqca da Vətən sevgisinin, yurd eşqinin hərarətini daha dərindən hiss etmiş olur. Günlər, aylar bir-birini əvəz etdikcə, həyatı dərindən duyduqca bu sevgi daha da şirinləşir, əbədiləşir və insan daha qırılmaz tellərlə öz elinə, obasına bağlanır.
Qarabağ əsrlər boyu düşmənlərimizə göz dağı olub. Onu tar-mar etməkdən tarixi düşmən-lərimiz həzz alıblar. Qarabağ şəhid diyarıdır. Ən ağrılı yerimiz olan Qarabağ torpaqları uğrunda ata-babalarımızda, bu gün biz də nə qədər qanlar axıdıb, qurbanlar vermişik. Minlərlər övladı-mız şəhid olub, itkin düşüb. Bizim Namiq də şəhidlər cərgəsindədir. Namiq zəhmətkeş bir ailədə böyümüşdür. 1992-ci ildə Binəqədi rayonu hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətdə olduğu zaman hərbi texnikanın sirlərinə yiyələnmiş və Ağdam rayonunda yerləşən 708 saylı hərbi hissənin 4-cü batalyonunda düşmənə qarşı mübarizə aparmışdır. Vətən uğrunda vuruşan Namiqin igidliyinin canlı şəhidləri çoxdur. Olduqca cəsur və mərd olan Namiq düşməndən intiqam almaq üçün son nəfəsinə qədər vuruşmuşdu. Namiq qısa bir həyat yaşadı. Cəmi 18 il. Lakin atalar çox gözəl demişlər: “ İgid ölər, adı qalar.” Namiqin qəhrəmanlıqları, igidlikləri daim ürəklərdə yaşayacaqdır.