Coğrafiya aylığı

Coğrafiya fənni şagirdlərin coğrafi təbəqənin əmələ gəlməsi və fəaliyyət mexanizmini,təbəqədə mövcud olan inkişaf qanunauyğunluqlarını dərk etməsinə, yer kürəsində təbii komplekslərin əmələ gəlməsini, təbiətdə baş verən coğrafi hadisələrin və təbii proseslərin baş vermə səbəblərini izah etməsinə imkan verir. Bu fənnin ümumtəhsil məktəblərində tədris olnumasının başlıca məqsədi şagirdlərdə Azərbaycanın təbii şəraiti,təbii ehtiyyatları, əhalisi və demokratik vəziyyəti,dünya ölkələri ilə müqayisədə Azərbaycanın iqtisadi və sosial coğrafi xüsusiyyətləri, qloballaşma prosesində iştirakı barədə təsəvvürlər oyadır. Məktəbimizdə aprel ayında coğrafiya aylığı keçirildi. Aylığın sonunda Əhmədova Əsmər müəllimin rəhbərliyi ilə “Dünya şagirdlərin gözü ilə” adlı coğrafiya
gecəsi keçirildi. Gecəyə şagirdlər hazırladıqları divar qəzetlərini,slaydları təqdim etdilər. Dövlətlər barəsində məlumat verdilər,dünya rəqslərindən nümunələr nümayiş etdirdilər.