Mənalı ömür-Zərifə Əliyeva

Mənalı ömür yaşamaq hər insanın talehinə yazılmır.Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır,xalqa tükənməz bir xəzinə bəxş edir. Bu dünyaya insanlara nur paylamaq,xeyirxahlıq etmək üçün gəlmiş Zərifə xanım Əliyeva da bele seçilmiş insanlardan olmuşdur.O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvolu idi. Onun Azərbaycanda aftolmologiya elminin inkişafında xidmətləri ölçüyə gəlməzdir.Bütün ömrünü insanlara xidmət işinə sərf etmiş bir insanın bu gün aramızda olmamasına inanmaq çox çətindir. Fəqət görkəmli alimin,xeyirxah insanın,qayğıkeş ananın qədirbilən xalqımızın yaddaşında əbədi həkk olunması bu gün hər bir azərbaycanlı üçün təsəlliverici məqamdır. Hər il olduğu kimi bu il də Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Zərifə Əliyeva adına parkda onun doğum günü qeyd olundu. Tədbirin rəsmi hissəsində Binəqədi Rayon İcra başçısı,deputatlar çıxış etdilər və Zərifə xanım haqqında xoş sözlərini bildirdilər. Rəsmi hissəsədən sonra bədii hissə ilə tədbir davam etdi. Sonra xanımın büstünə tər çiçəklər qoydular. Tədbirdə məktəbin rəhbər işçiləri də iştirak etdi.