Heydər Əliyev və Azərbaycan tarixi

09.04.2019-cu il tarixdə Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirildi.Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının ictimai-siyasi,humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri E.İmanov, Binəqədi Rayonu İcra Hakimiyyətinin başçısının müavini A.Əliyeva, AMEA-nın həqiqi üzvü, AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnistutunun direktoru V.Abbasov Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini H.Əsgərov, YAP Binəqədi rayon təşkilatının sədri R.Göyüşov, rayon icra hakimiyyəti başçısı Aparatının şöbə müdirləri,məktəb direktorları iştirak edib. Bu konfransda bizim məktəbin 9-cu sinif şagirdi Bağırov Səbuhi də iştirak etmişdi.Komissiya tərəfindən ümumilikdə 5 mövzu üzrə 125 elmi işdən seçilmiş 5 ən yaxşı referat məktəblilərin hazırladığı təqdimatlar təqdim olundu. Qaliblər sırasına məktəbimizin 9 c sinif şagirdi Bağırov Səbuhi də qatılıb.
B.Səbuhi “Mehranilər Sülaləsi-Cavanşir” mövzusunda referatla çıxış etdi. Elmi rəhbər məktəbimizin tarix müəllimi Əhmədova Bağdagül idi.Hər ikisini təbrik edirik və yeni uğurlar arzulayırıq.