Aprel döyüşləri- zəfərin başlanğıcı

Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılığıdır. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai,Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin göstərdikləri şücaət bunu bir daha sübut edir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetirmişdir.Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə vacib məsələlərdən biri olmuşdur.Buna görə də ulu öndərimiz, müstəqil Azərbaycanımızın memarı və qurucusu Heydər Əliyev vətənpərvərlik tərbiyəsinə, uşaq və gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi əhəmiyyət vermiş və bunu çıxışlarında dönə-dönə tövsiyə etmişdir.
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi.2016-cı il Aprel döyüşləri Azərbaycan xalqının bir yumruq kimi birləşərək hər şeyə qadir ola bildiyini sübut elədi.
Məktəbimizin müəllim kollektivi və şagirdləri aprel şəhidi Fəxrəddin Qurbanlının ailəsi ilə görüşdü.Şəhidin anası ilə söhbətlər apararaq Fəxrəddin Qurbanlının əziz xatirəsi anıldı.Şəhidimizin keçdiyi şərəfli yoldan danışdılar.Şəhidimizin anası bildirdi ki‚dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Fəxrəddinin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söylədi.