Puşkin yaradıcılığını xatırlayaq

Binəqədi  rayonu Namiq Fərəczadə adına 100 nömrəli tam orta məktəbdə 4 mart 2019 -cu il tarixdə XIX əsrin dahi rus şairi,nasir və dramaturq Aleksadr Sergeyviç Puşkinin yaradıvcılığına həsr olunmuş ədəbi  bədii  tədbir keçirilmişdir. Tədbirin iştirakçıları VI sinif şagirdləri idilər.Həmin sinifdə rus dili və

ədəbiyyat  müəllimi  Sudabə İmanovanın təşkilatçılığı və rəhbərliyi altında şagidlər dahi şairin şerlərini səlist  və aydın tələffüzlə səsləndirərək tədbirdə iştirak edənlərin rəğbətini qazandılar.

           Dahi şairin məhşur  “Ölmüş şahzadə və yeddi pəhləvan” nağılı əsasında səhnələşdirilmiş nağıl həm şagirdlərin həm də bütün məktəb kollektivinin dərin marağına səbəb olaraq alqışlarla qarşılanmışdır.

        Tədbirin sonunda məktəbin  tədris işləri üzrə direktor müavini Nella Əziz qızı Məmmədova ədəbi bədii  gecədə iştirak edən şagirdləri başda sinifin rus dili və ədəbiyyat müəllimi Sudabə İmanova olmaqla  A.Ş.Puşkinin  ölməz  nağlına və şeirlərinə  müraciət edərək  gözəl  təəssuratlı tədbir keçirilməyinə görə təşəkkürünü bildirərək məktəbdə belə tədbirlərin mütəmadi olaraq təşkil olunmasını tövsiyyə etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi