1 Mart –Ümumdünya Mülki Müdafiə Günüdür

Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunmuş bu gün hər il kütləvi humanitar tədbir kimi qeyd edilir.
Əhalinin müfafizəsini,fövqəladə hallardan mühafizə sahəsində əhalinin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur.
Hazırda ÜMMT-yə 100-dən çox ölkə daxildir. Azərbaycan 1993-cü ildən ÜMMT-nin üzvdür və onun keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir.
Bu günün hər il keçirilməsində məqsəd ictimaiyyətin diqqətini bu təşkilatın vacibliyinə və həyati əhəmiyyətinə cəlb etmək,mülki müdafiə işçilərinin isə işini və fədakarlıqlarını lazımınca qiymətləndirməkdir. Məktəbimizdə də hər il olduğu kimi bu ildə “Ümumdünya Mülki Müdafiə Günü” qeyd edildi.