Xocalı fəryadı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhəri soyqırıma məruz qaldı. Bu qırğın nəticəsində 613 nəfər həlak oldu. Onlardan uşaqlar-63 nəfər,qadınlar-106 nəfər,qocalar -70 nəfər, 8 ailə tamamilə məhv edilmişdir.25 uşaq hər iki valideyinlərini, 130 uşaq valideyinlərindən birini itirmişdir.
27 il keçməsinə baxmayaraq soyqırımda şəhid olanlar ehtiramla yad edilir.Məktəbimizin şagirdləri Xocalı soyqırımına aid tədbirlərdə iştirak etdi, şeirlər,səhnəciklər, videoçarxları nümayiş etdirildi.
Sonda “Xocalıya ədalət istəyirik” şüarı səsləndi.