Ana Dilim

Ana dili! Ana dili anamızın dili,hər bir insanı dünyaya gətirən müqəddəs bir varlığın dili, ayaqları altında hər bir kəsə behişt olduğu bir insanın dili,laylası ilə qanımıza,canımıza həyat sevgisi hopduran bir məxluqun dilidir.Bu dil Azərbaycan dilidir.
Azərbaycan dili qədim dillərdən biridir.Dili yaşadan xalqdır,o dildə danışanlardır.Bu dildə indi dünyada 50 milyona yaxın adam danışır.
Qədim dövrlərdən başlamış günümüzə qədər bu dildə zəngin ədəbiyyat yaradılmışdır.Əlimizə gəlib çatan “ Dədə Qorqud” kitabı,müxtəlif janırlı zəngin folklor örnəkləri məhz Azərbaycan dilindədir.
“Dədə Qorqud” dastanlarından da aydın olur ki, X-XI əsrlərdə mövcud olan belə bir təkmil dil birdən-birə yarana bilməzdi. Deməli, Azərbaycan dilinin kökləri daha qədimdir.
Azərbaycan dili müqəddəs,qüdrətli və əzəmətli,lətif və şairanədir. Bu dil Nizamiləri,Füzuliləri,Vaqifləri‚Zakirləri,M.F.Axundovları, N.Vəzirovları, C.Məmmədquluzadələri və digər görkəmli ədib,yazıçı və alimləri yetişdirən şair təbiətli sərvətidir.Onlar dilimizin təmizliyi və saflığı uğrunda həmişə mübarizə aparmış,onun qayğısına qalmışdır.
Biz də ana dilimizin saflığını və təmizliyini,varlığını bütün əzəmətli ilə qoruyub saxlamalı,ona daha
da inkişaf etdirmək üçün əlimizdən gələni etməkdir.
Məktəbimizdə “ Azərbaycan dili – milli varlığımızdır₺ mövzusunda şeir müsabiqəsi keçirildi.6-11 ci siniflər arasında keçirilən müsabiqədə qalib şagirdlərimiz növbəti tur əzmlə çalışırlar.