Yol hərəkəti qaydalarına birlikdə əməl edək

Fevralın 13-də Bakı şəhər BPİ DYPİ-nin əməktaşı Rasim Abdullayev,eləcə də Binəqədi rayon DYP şöbəsinin əməkdaşı Mərdan Əliyev,DİN mətbuat xidmətinin əməkdaşları,Aftosfer saytının əməkdaşları 100 nömrəli tam orta məktəbdə maarifləndirici görüş keçirdiblər.
Tədbirdə çıxış edən polis polkovnik-leytenantı Rasim Abdullayev bildirib ki, yol polisinin uşaqlar arasında maarifləndirmə işləri aparmasında əsas məqsəd onları yol qəzalarından qorumaqdır.
Binəqədi rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi,polis mayoru Mərdan Əliyeva də diqqətə çatdırıb ki,Binəqədi rayonunda uşaqların avtomobillə vurulması halları xeyli azalıb.
Çıxış edən digər tədbir iştirakçıları şagirdlərə diqqətlərini yalnız təhsilə,məktəbə yönəltmələrini və sağlam həyat tərzi keçirmələrinin zəruriliyi barədə tövsiyələr veriblər.Sonda uşaqların suaııarı cavablandırılıb,onlara hədiyyələr paylanılıb.