Tariximizi unutmayaq

Tarix bizi bəşəriyyət yaranandan cox sinağa çəkib.Dəfələrlə dönə-dönə torpayımız uğrunda, dövlətimiz uğrunda,azadlığımız uğrunda şərəfli döyüşlərdə iştirak etmişik.Belə tarixlərdən biridə 1990-ci il 20 yanvar

Qanlı yanvar günüdü .O tarixi gündə xalqımız ayağa qalxıb müstəmləkə buxovlarına “yox” dedi!

Canı bahasına,qanı bahasına.Cavanşirlər,Babəklər,Koroğlular yetirmiş  vətən bu dar gündə də azadlığımız uğrunda  igidlər verdi.Vətən yolunda canlarını qurban verən qəhrəmanlar hec zaman ölmürlər.Vətən uğrunda ölüm gələcəyin həyatın davamıdır.

 Məktəbimiz tərəfindən şagirdlərin daima qürur duyacağı məkan-Şəhidlər xiyabanına bir sıra ziyarətlər təşkil  edildi.Şagirdlərə şəhidlər haqqında ətraflı məlumat verildi.Onlara vətəni daima sevməyi və onu qorumaq bizim borcumuz olduğunu heç vaxt unutmamaq tövsiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi