20 Yanvar

Yanvar ayının 16-da 100№-li tam orta məktəbin 6a sinfinin şagirdləri 20Yanvar hadisələrinin 29 illiyi münasibətilə əvvəlcə Azərbaycan Hərb Tarixi Muzeyini daha sonra Şəhidlər Xiyabanını ziyarət etdilər.

Muzeydə açıq havada və qapalı məkanda olan eksponatlarla tanış oldular. Bələdçi muzeydə qədim dövrdən indiki dövrə qədər olan hadisələr haqqında məlumat verdi, şagirdlərlə intellektual soğrular aparıldı. Manna, Midiya,Atropatena dövlətləri haqqında,1801-1918-ci illərə aid stentlər haqqında məlumat verildi. 1990-cı il 20 Yanvar hadisələri ilə bağlı ayrıca stentdə məlumat verildi.Muzeyin həyətində Hərbi Dəniz Qüvvələrinin hərbi texnikaları ilə tanış olduq. Daha sonra Şəhidlər Xiyabanını ziyarət etdik. Şagirdlər şəhidlik zirvəsinə ucalan, vətən uğrunda həlak olan şəhidləri ehtiramla yad etdilər və gül dəstələri qoydular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi