Milli Dirçəliş Günü

Azərbaycan Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə elan olunmuşdur.Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələrilə bağlıdır. O vaxt, 1988-ci il noyabrın 17-də bakının əsəs meydanı sayılan Azadlıq meydanında mitinq başlanmışdır.
Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1988-ci il noyabr 17-də Ermənistanın torpaq iddiaları SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi,Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünü müdafiəsində qəyiyyətsizliyi Azərbaycan xalqının etirazına səbəb oldu.Dekabrın əvvələrində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.1988-ci ilin iyununda Azərbaycan Xalq cəbhəsi təsis edildi.Həmin ilin sentyabrında Azərbaycanın suverenliyi haqqında konstitusiya Aktının qəbul edilməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Amma bu hadisə xalqımızın milli qürurunu sındıra bilmədi. Əksinə azadlıq hərəkatını daha da sürətləndirdi
Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan Azadlıq meydanından başlanırdı.
Az sonra tarix öz sözünü dedi.Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu.
17 noyabr isə xalqın-azadlıq hərəkatının başlanğıc günü - Milli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.