Yüksəklərdə dalğalanan üçrəngli bayrağım

9 noyabr Azərbaycanda Dövlət Bayrağı günüdür. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti Hökümətinin 1918-ci il 9 noyabr tarixli iclasında qəbul olunub. Bayraq, gerb və himn hər bir ölkənin rəsmi dövlət atributu sayılır. Azərbaycanın üçrəngli Milli Bayrağı həm də müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Xalqımız hədsiz qürur hissi keçirir ki, dünyanın ən uca bayrağı hazırda məhz Bakının Dövlət Bayrağı Meydanında ucalan Azərbaycan bayrağıdır.
9 noyabr-Bayraq Günü münasibətilə məktəbimizdə bir sıra tədbirlər‚rəsm sərgiləri‚təqdimatlar keçirildi.Şagirdlər öz düşüncələrində təsvir etdikləri bayraq obrazını yaratdılar.Bayrağın rənglərini izah edərək Vətənə bağlılıqlarını bir daha sübut etdilər.
Məktəbimizin 1-ci sinif şagirdləri bayrağa həsr olunmuş şeirlər və mahnılar səsləndirdilər.Təqdimatlarda bayraq haqqında məlumatlar verdilər.