“Yarat Müasir İncəsənət Mərkəzinə” ekskursiya

Oktyabr ayının 23-ü məktəbin şagird və müəllim heyəti “ Yarat Müasir İncəsənət Mərkəzində” ekskursiyada oldu.Şagirdlər görkəmli rəssamların rəsm əsərləri ilə tanış oldular. İntelektual oyunlar sayəsində uşaqlar rəsmlərdə çəkilən personajlar haqqında məlumatlar əldə etdilər. Sonda şagirdlər 2 hissəyə bölündülər.Bir hissə gördükləri rəsmləri şifahi təsvir edərək digər yoldaşına izah edir,ikinci hissənin şagirdləri isə deyilənləri çəkirdilər.