Tariximizə səyahət

Respublika Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə 100 № li məktəbin şagird,müəllim və valideyn heyəti paytaxtın bir neçə muzeylərində oldu. Əvvəlcə şagiedlər “Qız qalası”nı gəzdilər. Bələdçi qala haqqında tarixi məlumatlar verdi.Qalanın yüksəkliyindən qədim və müasir Bakının vəhdəti uşaqları heyran etdi.daha sonra “Şirvanşahlar Sarayı Kompleksi”ni gəzdilər. Bələdçi muzey haqqında, onun yaranma tarixi və yenidən bərpası işləri, hücumlara məruz qalan neçə-neçə tarixlərin şahidi olan qala divarları haqqında məlumat verdi.
Növbəti muzeylər isə “Miniatür Kitab muzeyi” və “Tahir Salahovun ev muzeyi “idi . Hər iki muzeyləri gəzən şagirdlər kitablar və rəsm əsərləri haqqında geniş məlumat əldə etdilər.