Güclü siyasət milli dəyərlərin yaşamasıdır.

Ümumilli liderimiz Heydər Əliyev tarixi yaradan dahi şəxsiyyətlərdəndir. Müasir tariximiz bütöv bir dövrü - təqribən 45 illik bir zaman bu müdrik insanın adı və fəaliyyəti ilə sıx bağlıdır.
Bu dahi şəxsiyyət zəmanəmizin böyük filosofu və mütəfəkkiri idi. Onun formalaşdrıb inkişaf etdirdiyi azərbaycançılıq ideyası milli dövlətçiliyimizin bünövrəsini təşkil edərək dünya azərbaycanlıların həmrəyliyi üçün möhkəm zəmin yaradıb.
Heydər Əliyevin vətən və xalq qarşısında göstərdiyi böyük xidmətlərdən biri də milli dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətli olan azərbaycançılıq ideyasının irəli sürülməsi, milli birlik meyllərinin daha da dərinləşdirilməsidir.
Ulu öndər Heydər Əliyevin 95-ci il dönümünə həsr olunmuş dərs keçirildi.Şagirdlər ingilis dilində Ulu öndərə həsr olunmuş şeirlər və esseler səsləndirdilər.Slaydlar nümayiş edildi.