Müasir tariximizi yaradan dahi

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkil etdiyi Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş "Azərbaycan: müasirlik və gələcəyin qovuşuğunda"mövzusunda III Beynəlxalq Şagird Konfransının açılış mərasimində məktəbimizin iki şagirdi sertifikatla mükafatlandırıldı.Şagirdlərimiz Aytac Kərəmova"Heydər Əliyev və azərbaycançılıq", Rəhman Xabibulayev isə "Güclü siyasət milli dəyərlərin yaşamasıdır"mövzusunda məruzə etdilər.Məruzələr dinlənildikdən sonra şagirdlərə sertifikatlar verildi. Konfransın sonunda iştirak edən qonaq ölkələrin musiqilərindən ibarət rəqslər nümayiş edildi.