Narkomaniyaya “yox” deyək!

     Ötən yüzilliyin bəlalarından sayılan narkomaniya təəssüflər olsun ki, 21-ci əsrdə də qlobal problemler sırasında qalmaqdadır. Narkomanlıq  narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir. 

    26 iyun - Beynəlxaq Narkomaniyaya Qarşı Mübarizə Günü ilə əlaqədar görülən işlərin davamı olaraq , məktəbimizdə mütəmadi tədbirlər-rəsm sərgiləri və inşa yazı müsabiqələri keçirilir.

    14 03 2018- ci il tarixində məktəbimizdə növbəti tədbir keçirildi.Tədbirdə bir sıra qonaqlar iştirak etdi. Tədbirdə Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov,IV polis bölməsinin polkovnik leytinantı Etibar Balakişiyev,yetkinlik yaşına çatmayanların bölmə rəisi İlham Atakişiyev və polis bölməsinin digər əməkdaşları iştirak etdi.Polis polkovniki Namiq İsmayılov qeyd etdi ki,Binəqədi rayonunda narkotik maddələrin dövriyyədən çıxarılması üzrə çox ciddi işlər görülür.Şagirdlərə öz ətraflarında olan insanlara da bu bəlaya düçar olmamağa səslədi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi