Bayramınız mübarək

Novruz - baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.
El tonqal başına yığışır, küsülülər barışır, qohumlar, dostlar bir-birinin evinə təbrikə gedirlər. Insanlar tonqal üstündən tullanır, evlərə papaq atılır, qulaq falına çıxırlar.Hamı bir-birinə səslənir: «Bayramınız mübarək!»
Novruza bir ay qalmış adamlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və havaya (yelə) həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur.
Məktəbimizdə siniflər arasında "Novruz şənlikləri" keçirilir."1 e" sinif şagirdləri 4 ünsürdən hər birini həftələr üzrəqeyd etdilər. Bu həftə isə " Yel" çərçənbəsini qeyd etdilər.Şagirdlər milli adət- ənənələrimizə həsr olunmuş mahnılar,şerlər və Novruz deyişmələrindən ibarət nümunələr nümayiş etdilər.