VII Respublika uşaq müsabiqəsi

Məktəbimizdə 15.02.2018ci- il tarixdə 3a sinf şagirdi Əliyeva Nəzrin Elçin qızının fərdi sərgisi keçirildi. Nəzrin körpə yaşlarından rəsmə maraq göstərib. Onun rəsmə olan marağı böyüdükəcə daha da artmış və bunun nəticəsində müxtəlif müsabiqələrdə, sərgilərdə iştirakına yol açmışdır. Əliyeva Nəzrin yaradıcılıq nailiyyətlərinə görə diplom, fəxri fərmanlarla təltif olunmuşdur. Bakı şəhər orta ümumtəhsil müəssisələrində şagirdlər arasında “20 Yanvar” faciəsinin 28-ci ildönümü münasibətilə keçirilən “20Yanvar faciəsi xalqımızın qəhrəmanlıq faciəsidir ” mövzusunda keçirilən rəsm müsabiqəsində III yer, “Fövqəladə hallar uşaqların gözü ilə” “VII Respublika uşaq” müsabiqəsində rəsm nominasiyası üzrə III yer ilə təltif olunmuşdur. Nəzrin sinif yoldaşlarının, müəllimlərinin sevimlisidir. Ona daha yüksək nailiyyətlər qazanmağı arzulayırıq.
Nəzrinin məktəbdəki fərdi sərgisi AZTV-nin “Mədəniyyət” kanalında yayımlanacaq.