20 yanvar-qan yaddaşı

Bir qələm,bir kağız götürüb “Vətən” sözünü yazdım. Onun aliliyini bildirib, şəninə təriflər yazmaq üçün.Vətənin də, bu kağızın da bir sərhəddi var,Vətənə olan məhəbbətin nə hüdudu, nə həddi var.
Xalq öz igid, qəhrəman övladlarına qəlbində əbədi heykəl ucaldır. Ən yeni tariximizin qanlı səhifəsi olan 20 Yanvar hadisələri dövründə də M. Qorbaçovun göstərişi ilə Vətənimizin paytaxtı Bakıya daxil olan azğınlaşmış silahlı dəstələrin qarşısına məhz onlar -ürəkləri Azərbaycanla bir vuran mərd oğlan və qızlar çıxdılar.İmperiya ordusunun quduzlaşmış, təpədən-dırnağa qədər silahlanmış qüvvələri Xəzərin qoynunda uyuyan gözəl Bakını gülləbaran etdilər.
-1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar...
Hər il yanvarın 20-də minlərlə insane Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.