Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevə həsr olunmuş şeir müsabiqəsi

Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 30 ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olmuş qüdrətli şəxsiyyətdir.
Heydər Əliyev zamanın nəbzini, ritmini tuturdu. O, yaşadığı dövrün tarixini yaratdı. Bu dahi şəxsiyyət yaxşı bilirdi ki, tarix adlanan salnamədə heç nəyi dəyişmək olmur. Gərək bu salnamələrin səhifələri təmiz yazılsın, heç bir ləkəyə yol verilməsin!
Heydər Əliyev nadir tarixi şəxsiyyət idi. İstər siyasi-iqtisadi, istərsə də sosial-mədəni sahələrdə olsun, həmişə zamanın nəbzini düzgün tutmağı bacarırdı. Təsadüfi deyil ki, xalqımız onu dövlətçiliyimizin memarı, qurucusu və qarantı adlandırmışdır. O, özündən sonra yenilməz, möhkəm sütunlar üzərində duruş gətirən demokratik, hüquqi sivil bir dövlət, bir ölkə qoyub getdi.