Ümummilli liderin anım günü

Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur. Bunlar zaman-zaman gördükləri böyük işləri və əməlləri ilə yadda qalmış və unudulmamışlar.
Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Azərbaycan xalqının yaddaşında xalqın xilaskarı , böyükdən kiçiyə hamının sevimli və siyasi xadim kimi qaldı.
Məktəbin foyesində stend hazırlanmış, sinif otaqlarında divar qəzetləri hazırlanmışdır.Məktəbin akt zalında Ulu Öndərin əziz xatirəsinə həsr edilmiş intelektual oyun və şeir müsabiqəsi keçirildi. Ulu Öndərin əziz və parlaq xatirəsi ehtiramla yad edildi.