"Musiqi-ruhun qidasıdır"

Azərbaycanın zəngin musiqi sənəti çoxəsrlik inkişaf tarixinə malikdir. Bu musiqi haqqında ilk məlumatlar arxeoloji qazıntılar zamanı əldə edilən bir sıra abidələrdən, Qobustan və Gəmiqaya qaya rəsmlərindən alınmışdır. Musiqinin insana göstərdiyi təsir bizim təsəvvür etdiyimizdən daha artıqdır. İnsanlar müxtəlif olduğu kimi musiqi zövqləri də fərqli olur.
Məktəbimizdə təhsil alan şagirdlər arasında musiqiyə xüsusi maraq var. Şagirdlərimiz müxtəlif musiqi məktəblərində təhsil alır. Dərslərdən əlavə biliklərə yiyələnmək şagirdlərin dünyagörüşünün artmasında böyük rol oynayır. Məktəbimizdə həmçinin xor şagirdlərimizdən ibarət ansamblımız da təşkil olunub.